RU

Nazir nöqsanlara görə işdən çıxardığı polkovniki yenidən rəis təyin etdi

Nəsimi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin sabiq rəisi, polkovnik Vüqar İsmayılova yeni vəzifə verilib.

NOCOMMENT.az “Qaynarinfo”ya istinadla xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə daxili xidmət polkovniki Vüqar İsmayılov Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin şöbə rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə daxili xidmət polkovniki Vüqar İsmayılov ötən ilin Nəsimi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi təyin edilib.

Afn.az-ın yazdığına görə, bir neçə ay rəis işləyən polkovnik Vüqar İsmayılov ciddi pozuntulara yol verdiyi üçün vəzifəsindən azad olunaraq, xidmətdən kənarlaşdırılıb.

Избранный
73
21
nocomment.az

10Источники