RU

“AYNA yığdığı pulun hara xərcləndiyini niyə açıqlamır?” Partiya sədrindən ETİRAZ

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

“Hər yerdə, o cümlədən Bakıda böyük şəhər bələdiyyələri yaradılmalıdır. Parklanma xidməti də bu quruma həvalə edilməlidir”.Bunu Demokrat.az-a açıqlamasında “REAL” partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, vətəndaşın parklanma üçün ödədiyi məbləğ şəhərin infrastrukturunun yaxşılaşdırılması üçün xərclənməlidir:“Bu günə qədər AYNA yığdığı vəsaitin hara xərcləndiyi ilə bağlı heç bir açıqlama verməyib. Nə qədər vəsait yığılıb? Bununla bağlı mən açıqlama görməmişəm. Mənim düşüncəmə görə, Azərbaycanda mütləq böyük şəhər bələdiyyələri yaradılmalıdır və parklanma xidməti də onun tərkibində olmalıdır”.Cavidan Mirzəzadə

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
38
2
demokrat.az

3Источники