"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizəyə start verib.
"Football-plus.az" xəbər verir ki, Azərbaycan çempionu Şimali İrlandiya təmsilçisi "Sparta Belfast"la qarşılaşıb.
Avstriyanın Linz şəhərindəki NMS İdman Sarayında baş tutan görüş təmsilçimizin 9:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, "Araz-Naxçıvan"ın yer aldığı qrupun oyunları Linz şəhərində keçirilir. Komanda sabah Şotlandiyanın "PYF Saltires", avqustun 30-da isə yerli "Ljuti Krajişniçi" ilə üz-üzə gələcək.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта