RU

Araz Naxçıvan UEFA Çempionlar Liqasının ilkin mərhələsinə qələbə ilə start verib

Bakivaxti saytından verilən məlumata görə, ain.az xəbər verir.

 "Araz-Naxçıvan" klubu futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizəyə start verib.

Bakıvaxtı.az-ın məlumatına görə, Azərbaycan çempionu Şimali İrlandiya təmsilçisi "Sparta Belfast"la qarşılaşıb.

Avstriyanın Linz şəhərindəki NMS İdman Sarayında baş tutan görüş təmsilçimizin 9:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Araz-Naxçıvan"ın yer aldığı qrupun oyunları Linz şəhərində keçirilir. Komanda sabah Şotlandiyanın "PYF Saltires", avqustun 30-da isə yerli "Ljuti Krajişniçi" klubu ilə üz-üzə gələcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
28
2
bakivaxti.az

5Источники