RU

Tramp Soros ilə oğlunun həbs edilməsini istəyir

Hurriyyet portalından verilən məlumata əsasən, ain.az bildirir.

Hurriyyet.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp milyarder Corc Soros ilə oğlu Aleksandrı ölkədəki etirazlara dəstək verdiyinə görə mühakimə etməyə çağırıb. Tramp bu barədə özünün "Truth Sosial" şəbəkəsində yazıb: "Corc Soros və onun gözəl radikal sol oğlu ABŞ ərazisində zorakı etirazları dəstəklədiklərinə görə RICO qanununa əsasən mühakimə olunmalıdırlar".

Tramp əlavə edib ki, ABŞ hakimiyyəti “bu dəlilərin Amerikanı parçalamağa davam etməsinə imkan verməyəcək”.

Onun sözlərinə görə, Soros və ona kömək edən “psixopatlar qrupu” ölkəyə külli miqdarda ziyan vurublar.

Bundan əvvəl Tramp Merilend ştatının Baltimor şəhərində cinayətkalarla mübarizə aparmaq üçün oraya qoşun yeridəcəyi ilə təhdid etmişdi.

Hürr Tərcüman

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
51
1
hurriyyet.az

2Источники