RU

Azərbaycanın bir qrup media nümayəndəsi NATO-nun Baş qərargahını ziyarət edib - YENİLƏNİB

27 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının mətbuat nümayəndələrindən ibarət heyət NATO mənzil-qərargahına səfər edib.

Bu barədə APA-ya Azərbaycanın NATO-dakı Nümayəndəliyindən məlumat verillib.

Azərbaycan milli mətbuatının 150 illik yubileyinə təsadüf edən bu ilki səfər çərçivəsində nümayəndə heyəti NATO-nun müxtəlif struktur vahidləri tərəfindən Alyansın cari gündəliyi, habelə ictimai diplomatiya və strateji kommunikasiyalar, dezinformasiyaya qarşı mübarizə sahəsində təcrübəsi və yanaşmaları, sosial media, həmçinin media məkanında texnoloji yeniliklər və innovativ üsulların tətbiqi və digər bu kimi mövzulara həsr olunan brifinqlərdə iştirak edib.

Nümayəndə heyəti, həmçinin Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyini ziyarət edib.

***

13:31

Azərbaycanın bir qrup media nümayəndəsi NATO-nun Brüsseldəki Baş qərargahını ziyarət edib.

APA xəbər verir ki, səfər NATO-nun İctimai Diplomatiya İdarəsinin dəstəyi ilə həyata keçirilib.

Nümayəndələr NATO-ya və onun İctimai Diplomatiya İdarəsinə təşkilati dəstəyə görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, builki səfər xüsusi əhəmiyyət daşıyır, çünki Azərbaycan Milli mətbuatının 150 illiyi ilə üst-üstə düşür.

Избранный
35
1
apa.az

2Источники