RU

“Azəriqaz”ın rəhbərliyi Naxçıvanda işgüzar səfərdə olub

Naxçıvan, 27 avqust, AZƏRTAC

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktorunun birinci müavini Nail Abdullayev, baş direktorun müşaviri Cahid Hüseynov, birliyin digər struktur bölmələrinin rəhbər heyəti və bir qrup əməkdaşı Naxçıvan Muxtar Respublikasında səfərdə olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İstehsalat Birliyinin rəhbərliyi əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.

Sonra birliyin məsul şəxsləri Naxçıvan Regional Qaz İstismarı İdarəsində olublar. Regional İdarədə əməkdaşlara yaradılan şəraitə baxış keçirilib, onların qayğıları ilə maraqlanılıb. Əməkdaşlarla görüşdən sonra Naxçıvan şəhəri üzrə xidmət sahəsinə də baş çəkilib. Xidmət sahəsində mövcud infrastrukturun vəziyyəti ilə tanışlıq olub, qarşıya qoyulan hədəflərdən söz açılıb və müvafiq tapşırıqlar verilib.

 

Избранный
15
7
azertag.az

8Источники