RU

İran XİN BAEA müfəttişlərinin ölkəyə gəlişini təsdiqlədi

ain.az bildirir, Oxu.az portalına istinadən.

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) müfəttişlərinin İrana rəsmi olaraq geri dönəcəyini təsdiqləyib.

Bu barədə "Azad İran" "Telegram" kanalı İran KİV-ə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, müfəttişlərin əsas məqsədi Buşehr Atom Elektrik Stansiyasında yanacaq dəyişdirilməsinə nəzarət etməkdir.

A.Əraqçı bildirib ki, müfəttişlərin ölkəyə gəlişi İran Prezidenti Məsud Pezeşkian və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin təsdiqi ilə həyata keçirilib. Bu addım stansiyada yanacağın dəyişdirilməsi ilə bağlı qərarların BAEA-nın nəzarəti altında icra olunması üçün atılıb.

Nazir qeyd edib ki, İran parlamentinin qanunları çərçivəsində aparılan əməkdaşlıq xalqın mənafeyinə xidmət edir və tam şəffaf şəkildə davam etdiriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
13
1
oxu.az

2Источники