RU

ABŞ də yeniyetmənin ölümü ilə bağlı iddialar fonunda ChatGPT valideyn nəzarəti tətbiq edəcək

ain.az, Oxu.az saytına istinadən bildirir.

"ChatGPT" neyron şəbəkəsinin yaradıcısı olan ABŞ-nin "OpenAI" şirkəti çatbota intihar etmək planları barədə yazan 16 yaşlı yeniyetmənin ölümü ilə bağlı iddialar fonunda süni intellektə valideyn nəzarəti funksiyasını əlavə etməyi planlaşdırır.

Oxu.Az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.

"Biz, həmçinin tezliklə valideyn nəzarəti funksiyalarını təqdim edəcəyik ki, bu da valideynlərə övladlarının "ChatGPT"dən necə istifadə etməsi haqqında daha çox məlumat əldə etməyə imkan verəcək", - deyə məlumatda bildirilib.

Bundan əlavə, istifadəçi təcili hallarda əlaqə üçün çatbota etibarlı şəxsin əlaqə nömrəsini əlavə edə biləcək ki, bu da birbaşa kömək üçün müraciət etməyə imkan verəcək. İstifadəçilər həmçinin bir kliklə təcili yardım xidmətlərinə zəng edə biləcəklər.

Şirkət qeyd edir ki, "ChatGPT" istifadəçiləri təhlükəli hərəkətlərdən çəkindirmək üçün nəzərdə tutulmuş alqoritmlərə malikdir, lakin uzun müddət davam edən ünsiyyət zamanı çatbotun cavabları yanlış ola bilər.

Bundan əvvəl Kaliforniyadan olan evli cütlük "OpenAI" şirkətini 16 yaşlı oğlunun ölümünə səbəb olmaqda ittiham edərək, məhkəməyə müraciət etmişdi. Məlumata görə, yeniyetmə çatbota problemlərini danışıb və ölümündən bir neçə həftə əvvəl neyron şəbəkəsi köməkçi proqramdan intihar üzrə təlimçiyə çevrilib. Yeniyetmənin valideynlərinin sözlərinə görə, çatbot nəinki oğlunun intihar etmək istəyi barədə yazanda ünsiyyətini dayandırmayıb, həm də ona mövzu ilə bağlı məlumat verib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
11
oxu.az

1Источники