RU

Prezident İlham Əliyevin müsahibəsi: sülh, diplomatiya və regional inkişafın yeni üfüqləri

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, AzərbaycanRespublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının“Əl-Ərəbiyyə” telekanalına müsahibə verib.

Müsahibədə toxunulan məsələləri Trend-ə şərh edən politoloq Azər Qarayevbildirib ki, bu müsahibə Azərbaycanın diplomatik uğurları, regiondasülh və inkişaf istiqamətində atdığı addımlar və strateji hədəflərihaqqında mühüm mesajlar daşıyır.

A.Qarayev qeyd edib ki, Vaşinqtonda 2025-ci ilin avqustundaparaflanmış sənəd Ermənistan və Azərbaycan arasında münaqişəninbitdiyini göstərən tarixi bir mərhələdir.

"Prezident İlham Əliyevin açıqlamalarından göründüyü kimi, busənəd Azərbaycanın sülhə olan iradəsini və aktiv diplomatiyasınıtəsdiqləyir. Hətta sənədin tam təsdiqi Ermənistanın daxilikonstitusiya dəyişikliklərinə bağlı olsa da, faktiki olaraq bölgədəsülh və əməkdaşlıq üçün yeni dövr başlanıb.

Azərbaycanın Zəngəzur dəhlizi təşəbbüsü – “Tramp Marşrutu” kimitəqdim edilən layihə – təkcə ölkənin geosiyasi mövqeyinigücləndirmir, həm də regionda iqtisadi inteqrasiyanı və nəqliyyatəlaqələrini dərinləşdirir. Bu layihə ilə Azərbaycan həm Naxçıvanlaəsas ərazisini birləşdirir, həm də regionda tranzit ölkə kimiönəmli rol alır. Ermənistan üçün də bu təşəbbüs konstruktivfürsətlər açır və “qazan-qazan” modelinə əsaslanır, yəni hər ikitərəf bundan fayda götürə bilər".

A.Qarayev vurğulayıb ki, Azərbaycan mülki təyyarəsinin Rusiyatərəfindən vurulması hadisəsi iki ölkə arasındakı münasibətlərdəciddi gərginlik yaratdı və xalqımızda böyük məyusluq doğurdu.

"Prezident İlham Əliyevin açıqlamalarında da qeyd etdiyi kimi,bu, həm texniki, həm də diplomatik baxımdan faciəvi səhv idi vəqarşı tərəfdən açıq, şəffaf və ədalətli araşdırma tələb olunur.Eyni zamanda, bu hadisədən sonra Rusiyada azərbaycanlılara qarşıbaş verən hücumlar və zorakılıq münasibətləri daha da pisləşdirib.Buna baxmayaraq, Azərbaycan tərəfi sülh, dialoq və konstruktivyanaşmaya üstünlük verir, lakin xalqına və dövlətinə qarşıhörmətsizliyə dözməyəcəyini də qəti şəkildə bildirir. Bu,ikitərəfli münasibətlərin mürəkkəbliyini göstərir və gələcəkdəMoskva ilə dialoqun bərpası üçün ciddi addımların atılmasınınvacibliyini vurğulayır".

Politoloq bildirib ki, Prezident İlham Əliyevin İranlamünasibətlərə dair mövqeyi də dövlətçilik nümunəsidir.

"Prezident İlham Əliyev rəsmi və institusional əlaqələrinönəmini vurğulayaraq, qarşılıqlı etimad və anlayışın güclənməsininvacibliyini qeyd edir. Azərbaycanın alternativ marşrutlar vəçoxşaxəli diplomatiya ilə regional əlaqələrini genişləndirməsiölkənin strateji çevikliyini göstərir.

Eyni zamanda, müsahibədə Prezident İlham Əliyev ABŞ-nin keçmişPrezidenti Donald Trampı sülh təşəbbüslərində fəal və cəsarətlilider kimi qiymətləndirir, onun Nobel Sülh Mükafatına namizədliyinidəstəklədiyini bildirir. Bu, Azərbaycanın qlobal siyasətdə aktiv vəprinsipial mövqeyinin təzahürüdür".

A.Qarayev bildirib ki, müsahibədə Türkdilli DövlətlərTəşkilatında Azərbaycanın güclü rolu və əməkdaşlıq strategiyası daregionda birlik və inkişaf üçün mühüm amil kimi önə çəkilir.

"Bu isə Azərbaycanı regional və qlobal səhnədə etibarlı vənüfuzlu oyunçu kimi təsdiqləyir.

Ümumilikdə, müsahibə Azərbaycanın sülhə, sabitliyə, inkişaf vəregional əməkdaşlığa verdiyi önəmi, diplomatik manevr imkanlarınıvə geosiyasi strategiyasını aydın və inandırıcı şəkildə əksetdirir. Prezident İlham Əliyevin açıqlamaları Azərbaycanı yalnızgüclü dövlət deyil, həm də qarşılıqlı anlaşma və dialoqa açıqregion lideri kimi təqdim edir", - A.Qarayev əlavə edib

Məqalədə:
Избранный
19
1
az.trend.az

2Источники