RU

Tanınmış eks-hakim: “Uşağı boğaraq öldürən şəxsə ömürlük cəza verdim”

"Hakim işlədiyim dövrdə bir qərarı qəbul etmək mənim üçün çox çətin olub, əziyyət də çəkmişəm".

Publika.az xəbər verir ki, bunu "Kazusmedia" "Youtube" kanalına müsahibəsində sabiq prokuror və məhkəmə hakimi, Vəkillər Kollegiyasının üzvü Mirzə Xankişiyev deyib.

O qeyd edib ki, hakim vəzifəsində çalışdığı dövrdə icraatında olan bir ölüm hadisəsinə görə təqsirləndirilən şəxsə ömürlük cəza verib:

"İşin mahiyyəti bu idi ki, bir nəfər bir ailənin beşinci sinifdə oxuyan uşağını məktəbdən oğurlayıb. Uşaq da həmin şəxsi tanıdığı üçün onunla birlikdə gedib. Onların uzaq qohumluq əlaqələri vardı. Məqsədi isə uşağın atasından pul almaq imiş. Sonra həmin şəxs ağzına parça tutub, uşağın atasına zəng edir ki, "30 min dollar göndər, övladını geri qaytaraq"".

Mirzə Xankişiyev bildirib ki, təqsirləndirilən şəxs qorxduğu üçün ikinci dəfə uşağın atasına zəng vurmayıb:

"Köhnə tikililərin birində o, uşağı məftillə boğaraq öldürüb. Bu, çox dəhşətli bir hadisə idi. Həmin uşaq ailənin yeganə övladı idi. Bu isə o demək idi ki, həmin şəxs bir ailəni məhv elədi".

Избранный
11
6
publika.az

7Источники