RU

İKTA BATIR - Agentlik ötən il 3.7 milyon manat zərər edib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) 2024-cü ili 3,74 milyon manat zərərlə başa vurub.

Halbuki, Agentlik 2023-cü ildən 864 min manat xalis zərərlə çıxmışdı.

Mia.az Report-a istinadla xəbər verir ki, ötən il İKTA-nın gəlirləri olmayıb (əvvəlki ilə nisbətən 100 % azalıb), inzibati xərcləri 3,654 milyon manat (2 dəfə çox), maliyyə xərcləri 12 min manat (2 dəfə çox), digər xərcləri 14 min manat (2,4 dəfə çox), amortizasiya xərcləri isə 60 min manat (26,3 % çox) təşkil edib.

Mia.az onu da qeyd edir ki, İKTA-nın sədr vəzifəsini 28 ildir rabitə sektorunda işləyən, lakin vaxtilə Hesablama Mərkəzi kimi bir mötəbər quruma rəhbərlik edərkən belə heç bir yeniliklə yadda qalmayan Nail Mərdanov 2024-cü ilin iyun ayınadək  cra edib. O, elə ötən ilin iyun ayında nazir Rəşad Nəbiyevin əmri liə bu posta gətirilib.

MİA.AZ

Избранный
50
5
mia.az

10Источники