RU

Lisenziyasız işləyən tibb müəssisələrini nə gözləyir? -AÇIQLAMA

"Lisenziyalar, icazələr haqqında qanunun tələblərinə əsasən, özəl tibb fəaliyyəti lisenziyalaşdırılan fəaliyyətdir".

Redaktor.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Hüquq şöbəsinin müdiri Tamam Həsənova qeyd etdi.

Lisenziyalaşdırılmış fəaliyyət, yəni lisenziyaya malik fəaliyyət dedikdə nə nəzərdə tutulur? Lisenziya hər hansı bir hərəkəti həyata keçirmək üçün müəssisəyə, hüquqi və ya fiziki şəxsə hüquq verir və lisenziyadan kənar fəaliyyət qanunvericiliyə əsasən yol verilməz. Bu yalnız səhiyyə sahəsinə aid deyil. Əgər müəssisənin fəaliyyəti lisenziyalaşdırılmış fəaliyyətdirsə, mütləq o istiqamətdə öz fəaliyyətini həyata keçirməlidir.

Planlı və plandankənar yoxlamalar zamanı müəssisələrin lisenziyadan kənar fəaliyyətləri müəyyən olunur. Əgər lisenziya olmadan müəssisə fəaliyyət göstərirsə, bu o deməkdir ki, həmin müəssisə qanunvericiliyin tələblərinə uyğun qurulmayıb. Belə halda müəssisədə olan avadanlıqlar, tibbi personal və ümumiyyətlə göstərilən xidmətlər dövlət tərəfindən tanınmır və bu fəaliyyət qanunsuz hesab olunur.

İnzibati Xətalar Məcəlləsinin 210-cu maddəsinə görə, lisenziyasız fəaliyyət göstərən özəl tibb müəssisələri törədilmiş əmələ görə cərimələnirlər: fiziki şəxslər 2000–3000 manat, vəzifəli şəxslər 5000–10000 manat, hüquqi şəxslər isə 20000–30000 manat məbləğində cərimə edilir.

Burada bir neçə məqamı diqqətinizə çatdırmaq istəyirəm. Lisenziyasız fəaliyyətin yoxlamalar zamanı aşkarlanan müxtəlif halları var:

Birinci hal: Müəssisənin ümumiyyətlə həmin fəaliyyəti göstərmək üçün lisenziyası yoxdur. Bu halda protokol tərtib olunur və məsələ məhkəməyə göndərilir.

İkinci hal: Müəyyən fəaliyyət üçün lisenziya var, amma müəssisə əlavə olaraq lisenziyası olmadığı başqa fəaliyyəti də həyata keçirir. Məsələn, terapiya üzrə lisenziyası olan müəssisə cərrahiyyə xidməti göstərirsə, bu artıq lisenziyasız fəaliyyət sayılır. Belə hal aşkarlanarsa, Analitik Ekspertiza Mərkəzi həmin müəssisənin fəaliyyətinin dayandırılması barədə bildiriş göndərir və eyni zamanda İqtisadiyyat Nazirliyinə müraciət edərək mövcud lisenziyanın dayandırılması və ya ləğvini tələb edir.

Üçüncü hal: Lisenziya müəyyən şərtlərlə verilib, lakin müəssisə bu şərtləri pozur. Məsələn, lisenziya verilərkən əməliyyat otağı ikinci mərtəbədə yerləşdiyi üçün icazə verilib (çünki həmin mərtəbədə avadanlıqlar, steril şərait və gigiyenik normalar təmin edilib). Lakin müəssisə xəbər vermədən və dəyişiklik üçün müraciət etmədən əməliyyat otağını üçüncü mərtəbəyə köçürür. Bu halda da müəssisə lisenziyanın şərtlərini pozmuş olur.

 

Избранный
15
1
redaktor.az

2Источники