RU

Bakının Baş planı: “Köhnə binaların sökülməsi evləri bahalaşdırır”

“Artıq bir müddətdir ki, Bakının Baş planının icrasına start verilib”.

Bu sözləri əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, “Sovetski”də aparılan söküntülər də bununla bağlıdır:

“Bir çox ərazilərdə köhnə binaların sökülməsi və yeni parkların salınması prosesi Bakı şəhərinin Baş planının icrası ilə bağlıdır. Artıq Baş plana uyğun yeni tikintilərin inşasına da başlanılıb. Bundan başqa, paytaxtın bir çox ərazisində fərdi yaşayış evləri sökülərək yeni yollar çəkilir. Bütün bunlar Bakının Baş planının icra olunduğunu göstərir.

Təbii ki, bu proses qısa müddətdə sürətlə aparıla bilməz. Çünki bu, mənzil bazarında balansın pozulmasına gətirib çıxarar. Eyni vaxtda bütün ərazilər sökülsə, artıq insanlar ciddi şəkildə mənzil problemləri ilə üzləşərlər. Bütün bunlar isə evlərin fantastik dərəcədə bahalaşmasına səbəb olar. Həmçinin, kirayə mənzil bazarındakı qiymətlər də yüksələr”.

Ekspert qeyd edib ki, söküntü aparılan ərazilərdə nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranır:

“Bu gün Nərimanov rayonunda da söküntü işləri gedir. Məhz həmin ərazidə binalar sökülür və yollar çəkilir. O yolların çəkilməsi həmin küçələrin bağlanmasına və ərazidə nəqliyyatın hərəkətinin iflic vəziyyətə düşməsinə gətirib çıxarır. Yəni bir ərazinin sökülməsi və yolun çəkilməsi uzun zaman alır. Əlbəttə ki, bütün bu işlər eyni anda aparılsa, paytaxtda ciddi şəkildə xaos yaşanar.

Ona görə də işlər mərhələli şəkildə aparılır. Baş planın tam bitməsinə 15 il vaxt var. 2030-cu ilə qədər müəyyən olunan ərazilərdə söküntü aparılmalı, 2040-ci ilə qədər isə tikinti başa çatmalıdır. Məsələn, Bakının Yasamal rayonunda "Alatava", "Papanin", "Köhnə Sovetski" ərazilərində də söküntü Baş plana uyğun aparılır. Söküntü aparılan ərazilərdə parklar və müxtəlif inzibati binalar tikiləcək”.

Elnur Fərzəliyev Bakının Baş planının icra olunmadığı iddialarını “əsassız” adlandırıb:

“Bu iddialar həqiqəti əks etdirmir. Baş plan şəhərin yenidən qurulmasıdır. Bunun üçün söküntü işləri aparılmalı, yeni yollar və alternativ kommunikasiya xətləri çəkilməlidir.Digər sahələrə mənfi təsir göstərməməsi üçün proses mərhələli şəkildə aparılmalıdır. Paytaxtın mərkəz və mərkəzə yaxın ərazilərdəki fərdi yaşayış evləri xarici estetik gözəlliyə xələl gətirir. 

Məsələn, “Sovetski”dəki bütün tikililər sökülmür. Orada 100-dən artıq bina qalır. XVI əsrdən XIX əsrə qədər tikilmiş tarixi abidə formasında olan tikililər saxlanılacaq. Çox sayda qurumlar müştərək işləyir ki, həmin ərazi söküləndən sonra “İkinci İçərişəhər” tipli qədim Bakı qorunub saxlanılsın”.

Mütəxəssisin sözlərinə görə, Baş planın tam icrasından sonra evlər qiyməti bahalaşacaq:

Избранный
3
1
cebheinfo.az

2Источники