RU

Sumqayıtda çörək sexi yanır

Sumqayıt şəhərində çörək sexində yanğın hadisəsi qeydə alınıb.

“Report”un yerli bürosunun məlumatına görə, hadisə “Stansiya Sumqayıt” qəsəbəsi ərazisində baş verib.

Yanğınla mübarizə tədbirlərinə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Избранный
11
13
report.az

10Источники