RU

TANAP vasitəsilə Avropaya nəql edilən Azərbaycan qazı 50 milyard kubmetrə çatıb

Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Avropaya nəql edilən Azərbaycan qazının ümumi həcmi 50 milyard kubmetrə çatıb. Bu barədə məlumatı SOCAR Türkiye yayıb.

Şirkət bildirib ki, bu rəqəm Azərbaycandan Avropaya uzanan enerji dəhlizində yeni bir mərhələni ifadə edir.

Azərbaycan təbii qazı “Şahdəniz” yatağından hasil edilərək Cənubi Qafqaz Boru Kəməri (Bakı–Tbilisi–Ərzurum) və TANAP vasitəsilə əvvəlcə Türkiyəyə, daha sonra Avropaya çatdırılır.

Bakı–Tbilisi–Ərzurum kəməri ilə ilk qaz 2007-ci ildə, TANAP vasitəsilə isə Türkiyəyə kommersiya qazının nəqlinə 2018-ci il iyunun 30-da başlanılıb.

TANAP Cənub Qaz Dəhlizi çərçivəsində reallaşdırılmış əsas layihələrdən biridir və Azərbaycanın enerji resurslarının Avropa bazarına çıxarılmasında mühüm rol oynayır.

Gülnar 

Избранный
17
5
anews.az

10Источники