RU

Bu ağrıkəsici hamilələr üçün təhlükəlidir

Saglamolun portalından alınan məlumata görə, ain.az xəbər verir.

XƏBƏRDARLIQHamiləlik dövründə parasetamol istifadəsi uşaqlarda autizm və hiperaktivlik sindromu riskini artıra bilər.Harvard Universitetinin ekspertləri hamilə qadınlar üçün təhlükəli tendensiyaya diqqət çəkib. Onların son araşdırmalarına əsasən, hamiləlik dövründə geniş istifadə olunan ağrıkəsici və qızdırmasalıcı dərman vasitəsi parasetamol uşaqlarda diqqət çatışmazlığı və hiperaktivlik sindromu (DEHB), eləcə də autizm spektr pozuntuları riskini artıra bilər. Alimlər bildirir ki, hələlik parasetamolla bu nevroinkişaf pozuntuları arasında əlaqəsini sübut edən elmi sübutlar mövcud deyil. Lakin əldə olunan məlumatların təhlili müəyyən təhlükəli nəticələr ortaya qoyur ki, bu da əlavə araşdırmaların aparılmasının vacibliyini gündəmə gətirir.Bu nəticələr hamiləlik dövründə qəbul edilən dərmanların körpənin gələcək sağlamlığına potensial təsirləri mövzusunda cəmiyyətin və səhiyyə qurumlarının diqqətini yenidən bu məsələyə yönəldib. Alimlər həmçinin qeyd edirlər ki, parasetamolun təhlükəsizliyi ilə bağlı əlavə uzunmüddətli və genişmiqyaslı tədqiqatlara ehtiyac var.

Saglamolun.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
10
saglamolun.az

1Источники