ain.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“İran raket istehsal edir, Türkiyə pilotsuz təyyarələr istehsal edir, Azərbaycan özünü silahlandırır, biz də oturub sülhdən danışırıq”.
Tribunainfo.az xəbər verir ki, bu sözlər erməni politoloq Aley Qevondyana məxsusdur.
O iddia edib ki, sənədlər heç vaxt sülh gətirmir. “Sülh həmişə qüvvələr balansı şəklində gəlir. Sülh o deyil ki, onlar güllə atmasınlar. Sülh odur ki, sizin beynəlxalq səviyyədə müəyyən edilmiş, zəmanətli öhdəlikləriniz, institutlarınız və mexanizmləriniz var. Yəni, hansısa tərəfin, indiki halda Azərbaycanın hər hansı hərbi əməliyyatının qarşısını ala bilərsiniz”.
Fərda Uğur
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.