Azərbaycanın üç yeniyetmə cüdoçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında 1/4 finala yüksəlib.
Bakues.az “Report”a istinadən xəbər verir ki, Xədicə Abdullayeva, Gülşən Hüseynova (hər ikisi 44 kq) iki qarşılaşmada qalib gələrək bu raunda vəsiqə əldə ediblər.
Anar Quliyev (50 kq) 1/8 finalda Ermənistan təmsilçisi Narek Davtyandan güclü olub.
Rza Xəlilli (50 kq) və Rəsul Əlizadə (55 kq) 1/16 finalda məğlub olublar.
Məhəmmədəli Hüsiyev (55 kq) 1/16 finalda qalib gələrək mərhələ adlayıb.
Qeyd edək ki, dünya çempionatında fərdi müvarizə avqustun 30-da bitəcək. Avqustun 31-də qarışıq komanda yarışı baş tutacaq.