RU

ABŞ səfiri Danimarka XİN-ə çağırılıb

Bu barədə Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen mətbuataaçıqlamaverib. O diqqətə çatdırıb ki, ölkənin muxtar ərazisi sayılan Qrenlandiya adasına qarşı "xarici qüvvələr" maraq göstərir.

" Bu cür cəhdlər birbaşa Danimarka Krallığının varlığına təhlükədir",– nazir söyləyib.

Xatırladaq ki, Donald Tramp cari ilin yanvarında Ağ Evə qayıdandan bəri Qrenlandiyanı ələ keçirmək istəyini dəfələrlə açıq surətdə dilə gətirib. Hərçənd, adada keçirilən sorğuya əsasən, Qrenlandiya əhalisi nəinki ABŞ-dən asılı hala gəlmək fikrində deyil, hətta Danimarkadan qopub müstəqilləşmək arzusundadırlar.

Firudin Həmidli
AzVision.az
Избранный
6
1
azvision.az

2Источники