RU

Texasda ifrat sağçı namizəd Quranı yandırdı

ABŞ Konqresinin Texas ştatında ifrat sağçı namizədi Valentina Qomez Quranın nüsxəsini yandıraraq “İslamı birdəfəlik dayandıracağına” söz verib.

XəzərNews.az xəbər verir ki, o, çəkdirdiyi videonu X-a yerləşdirib.

Tramp tərəfdarı Valentina Qomez deyib:

“İslamı birdəfəlik dayandırmasaq, qızlarınız zorlanacaq, oğullarınızın isə başları kəsiləcək”.

O, kamuflajlı şalvar və üzərində tüfəng silueti olan kampaniya köynəyi geyinib.

Sonra o, İslamın müqəddəs kitabının bir nüsxəsini yandırmaq üçün alovdan istifadə edib.

Xəbər 2 dəfə oxunub.
Избранный
62
xezernews.az

1Источники