RU

Ukraynada 18 22 yaşlı kişilərə məhdudiyyət

Bakupost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

18-22 yaşlı kişilər xaricə getmək üçün pasportla yanaşı, hərbi qeydiyyat sənədinə də sahib olmalıdırlar.

Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin sözçüsü Andrey Demçenko bildirib.

O, 18-22 yaşlı kişilərin sərbəst şəkildə sərhədi keçməsinə icazə ilə bağlı suala cavab verərkən qeyd edib ki, qanunvericiliyə edilən müvafiq dəyişikliklər hələ dərc olunmayıb. Onlar dərc edilib qüvvəyə mindikdən sonra isə sərhədçilər həmin dəyişiklikləri tətbiq etməyə başlayacaqlar.

Beləliklə, 18-22 yaş aralığında olan kişilər hərbi vəziyyət dövründə yalnız müvafiq sənədlər olduqda Ukraynadan çıxmaq imkanına malik olacaqlar.

Eyni zamanda, dövlət və yerli özünüidarəetmə orqanlarında müəyyən vəzifə tutanvətəndaşlar üçün məhdudiyyətlər əvvəlki kimi qalacaq. Onlar sərhədi ancaq ezamiyyətə gedərkəın keçə biləcəklər.

“Ümumilikdə 18-22 yaş kateqoriyası barədə danışsaq, bu norma qüvvəyə mindikdə, yadda saxlamaq və anlamaq lazımdır ki, xarici pasportdan əlavə, həm də hərbi qeydiyyat sənədinin olması vacibdir”, – deyə Demçenko bildirib. O əlavə edib ki, bu sənəd həm kağız, həm də elektron formada ola bilər.

Lalə,

BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
3
www.bakupost.az

1Источники