Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun mətbuat konfransının vaxtı dəqiqləşib.
Msport.az xəbər verir ki, tədbir avqustun 29-da AFFA-nın inzibati binasında təşkil olunacaq.
Saat 11:00-da başlayacaq konfransda portuqaliyalı mütəxəssis qarşıdakı rəsmi matçlar üçün heyəti açıqlayacaq.
Mətbuat konfransında millimizin DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də Reykyavikdə İslandiya və sentyabrın 9-da Bakıda Ukrayna yığmaları ilə oyunlar üçün heyəti açıqlanacaq.