RU

Ağdamda tullantı su təmizləmə qurğusunun tikintisi ilə bağlı 53 milyon manatlıq LAYİHƏ

Azərbaycanın azad edilmiş ərazilərində bərpa-quruculuq, yenidənqurma işləri davam etdirilməkdədir.

Day.Az xəbər verir ki, bu işlərin davamı kimi Ağdam şəhərinin magistral su xətlərinin, tullantı, yağış kollektorlarının və qurğularının tikintisinin layihə-smeta sənədləri əsasında tullantı su təmizləmə qurğusu tikiləcək.

Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla bağlı müvafiq işlərə start verib.

Qurum hazırda sözügedən işləri icra edəcək şirkəti müəyyənləşdirməkdədir.

Eyni zamanda, qurum görüləcək işlərin 53 290 298 manata başa gələcəyini proqnozlaşdırıb.

Избранный
12
1
day.az

2Источники