RU

Çempionlar Liqası: "Qarabağ" bu gün həlledici matça çıxır

Çempionlar Liqası: "Qarabağ" bu gün həlledici matça çıxır

"Qarabağ” bu gün UEFA Çempionlar Liqasının pley-off mərhəlsində həlledici matça çıxacaq.

Təmsilçimiz Bakıda Macarıstanın "Ferentsvaroş” klubunu qəbul edəcək.

Xatırladaq ki, ilk görüş Macarıstanda Azərbaycan çempionunun 3:1 hesablı qələbəsi ilə nəticələnib.

Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:45-də startı veriləcək qarşılaşmanı fransalı FIFA referisi Kleman Tyurpen idarə edəcək.

Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən qalib gələn komanda UEFA Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhələsinə qatılacaq.

Çempionlar LiqasıPley-off mərhələsiCavab oyunu

27 avqust20.45 Qarabağ (Azərbaycan) - Ferensvaroş (Macarıstan)Hakimlər: Kleman Tyurpen, Nikolya Danos, Aleksis Auqer, Romen Lissorq (Fransa).VAR: Jerom Brisar (Fransa).AVAR: Nikolas Renvil (Fransa).Tofiq Bəhramov adına Respublika Stadionu.

Избранный
6
afn.az

1Источники