RU

Azərbaycan–Avropa enerji körpüsündə tarixi mərhələ: TANAP-la 50 milyard kubmetr qaz nəql edildi

Bakı. Trend:

Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Trans-Anadolu Qaz BoruKəməri (TANAP) vasitəsilə Avropaya ötürülən təbii qazın həcmi 50milyard kubmetrə çatıb.

Bu barədə Trend Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)Türkiyədəki törəmə “SOCAR Türkiye” şirkətinə istinadən xəbərverir.

"Layihə Avropanın enerji təchizatını şaxələndirməklə yanaşı,regional təhlükəsizliyin möhkəmlənməsinə də mühüm töhfə verir.TANAP, həmçinin, Azərbaycan, Türkiyə və Avropa arasındauzunmüddətli iqtisadi və strateji əməkdaşlığın güclənməsinə şəraityaradır", - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, TANAP Cənub Qaz Dəhlizinin əsas halqası olaraqAzərbaycan qazını Bakıdan İtaliyaya qədər uzanan xətt vasitəsilədaşıyır.

TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə2018-ci il iyunun 30-da başlanılıb.

Избранный
33
1
az.trend.az

2Источники