RU

Axı, necə belə nankor olmaq olar?!

Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Bayden administrasiyası dövründə "907-ci düzəliş"in dayandırılıb və yenidən tətbiq edilməsi barədə danışıb.

Axar.az xəbər verir ki, dövlət başçısı düzəlişin ABŞ-nin Azərbaycana Əfqanıstanda ehtiyacı olduğu zaman dayandırıldığını deyib:

"Bayden “907-ci düzəliş”i yenidən tətbiq etməyə başladı. “907-ci düzəliş” 2001-ci ildə dayandırıldı. Niyə? Çünki onların Əfqanıstanda Azərbaycana ehtiyacları var idi. Onlara səmamız, dənizimiz lazım idi. Onlara dəmir yolu lazım idi. Biz Amerika logistikasına və daşımalara çox mühüm dəstək verdik. Beləliklə, Bayden Əfqanıstandan qaçan kimi bizə yenidən sanksiya tətbiq etdilər. Axı, necə belə nankor olmaq olar?! Beləliklə, onların haqqında nə düşünə bilərdik? Biz onlarla bütün əlaqələri kəsdik. Bayden administrasiyası ilə əlaqələr sıfıra enmişdi. Bu, bir fəlakət idi".

Dövlət başçısı qedy edib ki, Tramp isə tamamilə fərqlidir:

"Əminəm ki, o, nəinki Amerikanı yenidən qüdrətli edəcək bir insandır, o, Amerikanın rifah, azadlıq və inkişafın rəmzi olduğu bütün dövrlərdəki kimi, ölkəni yenidən insanların heyran olduğu yerə çevirəcək. Altı ay ərzində bu qədər məkana sülh gətirməyi bacarırsa, əminəm ki, bunu edəcək. Amma sistemin ona qarşı güclü müqaviməti var. Həm də vurğulamaq istədiyim bir şey də var ki, xüsusilə də mənə təsir edən sui-qəsd cəhdi zamanı onun özünü necə aparması idi. Bunu oynamaq mümkün deyil. Heç bir nitq yazan, heç bir siyasi məsləhətçi bunu edə bilməz ki, adam belə reaksiya versin. O, cəsur insan və böyük liderdir. Mən həqiqətən də fəxr edirəm ki, o, mənə dostu kimi yanaşır".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
11
7
axar.az

10Источники