RU

“Bakıya “Qarabağ”ı məğlub etmək üçün gəlmişik”

“Ferentsvaroş” komandası Bakıya “Qarabağ”ı məğlub etmək üçün gəlib.

Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, bunu Macarıstan təmsilçisi “Ferentsvaroş”un futbolçusu Toon Raemaekers mətbuat konfransında deyib.

O, “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl fikirlərini bölüşüb:

“Komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Bakıya qələbə qazanmaq üçün gəlmişik. İlk görüşdə bəxtimiz gətirmədi. Düşünürəm ki, cavab matçında eyni səhvlərə yol verməyəcəyik”.

Qeyd edək ki, “Qarabağ” – “Ferentsvaroş” matçı avqustun 27-də, saat 20:45-də start götürəcək. Komandalar arasında Macarıstanda baş tutan ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

Избранный
24
15
heftelik.az

10Источники