RU

Deputat: “Şagirdlərlə ixtisas seçimi ilə bağlı söhbətlər aparılmalıdır”

“Çox maraqlıdır ki, yüksək bal toplayaraq qəbul ola bilməyən abituriyentləri hamı müzakirə etsə də, onların özləri bununla bağlı müraciət etmirlər. Çünki onların baxışları fərqlidir, onları ali məktəbə qəbul olmaq yox, konkret bir ixtisasa sahib olmaq maraqlandırır. Onların bu bağlılığına ancaq qibtə etmək olar”.

Bunu Demokrat.az-a açıqlamasında deputat Aydın Mirzəzadə deyib. 

O bildirib ki, yuxarı sinif şagirdləri ilə bağlı ixtisas seçimi, seçəcəkləri ixtisasın onların həyatda yer tutmalarına kömək edəcəyi ilə bağlı geniş söhbətlər aparılmalıdır:

“Bir qayda olaraq, şagirdlərin qarşısına ancaq ali məktəbə qəbul olunmaq məqsədi qoyulur. Ancaq onların öz potensiallarını üzə çıxarmaları məsələsinə, təəssüf ki, çox az toxunulur.

Gənclər istədikləri ixtisaslara yaxın ixtisası seçib, sonra müəyyən kurslardan keçərək sevdikləri ixtisas üzrə çalışa bilərlər. 

600 baldan çox nəticə göstərərək qəbul olmayanların bir qismi maddi vəziyyətlərinə görə həmin ixtisasın ödənişlisini qeyd etməyiblər. İstənilən halda bu, onların seçimidir, hörmətlə yanaşmalıyıq”.


Cavidan Mirzəzadə
Demokrat.az
Избранный
19
demokrat.az

1Источники