Prezident İlham Əliyev Moldova Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə bu ölkənin dövlət başçısı xanım Maya Sandunu və Moldova xalqını təbrik edib.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrik məktubunda qeyd edilib: "Biz Azərbaycan ilə Moldova arasında ənənəvi dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk. Əminəm ki, ölkələrimizin və xalqlarımızın mənafeləri naminə birgə səylərimizlə Azərbaycan-Moldova əlaqələrinin mövcud potensialından daha səmərəli istifadə olunmasına, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran fəaliyyətimizin daha da inkişafına nail ola bilərik".
Dövlətimizin başçısı belə bir əlamətdar gündə Maya Sanduya möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, dost Moldova xalqına daim əmin-amanlıq və firavanlıq diləyib.