RU

Bryus Uillis danışmaq qabiliyyətini itirdi – ailəsi ayrıca evə yerləşdirdi

Bryus

Hollivud aktyoru Bryus Uillis sürətlə irəliləyən demensiya səbəbindən danışmaq qabiliyyətini tamamilə itirib. Onun ailəsi aktyoru sutkalıq tibbi dəstək olan ayrıca evə yerləşdirib. Bu barədə ABŞ-ın ABC telekanalına müsahibəsində aktyorun həyat yoldaşı, britaniyalı aktrisa Emma Heminq məlumat verib.Heminqin sözlərinə görə, uzunmüddətli mübarizədən sonra aktyorun beyni zəifləyib. İlk vaxtlarda Uillis çəkilişlərdə replikaları unudur, yaxınlarına isə soyuq və uzaq davranırdı. “Ümumilikdə Bryusun sağlamlığı pis deyil. Sadəcə beyni onu yarı yolda qoyur. Danışıq qabiliyyəti itir və biz başqa yollarla ünsiyyət qurmağı öyrəndik,” – deyə Heminq bildirib.Aktrisa əlavə edib ki, onda hələ də “əvvəlki Bryusdan zəif izlər” qalıb, lakin xəstəlik səbəbindən ailə aktyoru bir mərtəbəli ayrıca evə köçürüb. Burada ona rahat hərəkət etmək mümkündür və həkimlər günün 24 saatı qayğı göstərirlər.Xatırladaq ki, 2023-cü ilin fevralında Bryus Uillisin ailəsi aktyora lobno-visol demensiyası diaqnozu qoyulduğunu açıqlamışdı. 2025-ci ilin yazında isə həyat yoldaşı bildirib ki, aktyor uzun müddət xəstəliyin simptomlarını çəkiliş meydançasında gizlədib. Son aylarda aktyorun vəziyyəti kəskin pisləşib.Bryus Uillisin filmografiyasında təxminən 130 rol var. O, “Krepkij oreshək” (“Die Hard”), “Kriminal qiraət” (“Pulp Fiction”), “On iki meymun” (“12 Monkeys”), “Beşinci element” (“The Fifth Element”) kimi filmlərlə dünya şöhrəti qazanıb.Ulusum.az

Diqqət Çəkənlər

Badımcanlı-qozlu pasta – çörəyə sevgi qatır

İlon Maskdan iddia: Süni intellekt bazarı bloklanır

WSJ: Tramp Rusiyaya “maksimum təzyiq”lə sülh planı qurur

Избранный
24
ulusum.az

1Источники