RU

Xalq rəssamı Əşrəf Heybətovun sərgisi açıldı

Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin Qala qəsrində Xalq rəssamı Əşrəf Heybətovun sərgisi baş tutub.

Kulis.az xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən verilən məlumata görə, “Doğma Qala” adlı sərgidə rəssamın doğulduğu və yaradıcılıq ilhamı aldığı Qala kəndinə həsr edilib.

Sərgidə Abşeronun təbiətini, mənzərələrini və milli-mədəni ruhunu əks etdirən 20-dən çox əsəri nümayiş olunur.

Tədbir çərçivəsində Əşrəf Heybətov Şüvəlan Gənclər Evində fəaliyyət göstərən gənc rəssamlarla görüşərək onlara ustad dərsi keçib.

Qeyd edək ki, Əşrəf Heybətovun “Doğma Qala” adlı fərdi sərgisi avqustun 28 - dək Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində baxış üçün açıq olacaq.

Избранный
9
2
kulis.az

9Источники