Bu gün Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə cüdoçular arasında dünya çempionatı start götürəcək.
İdman.biz xəbər verir ki, ilk yarış günündə 3 çəki dərəcəsində 6 cüdoçumuz mübarizəyə qoşulacaq.
44 kq
Gülşən Hüseynova 1/16 finalda Yana Pritulyakla (Rumıniya), Xədicə Abdullayeva isə eyni raundda Aynara Seitjanova (Qazaxıstan) ilə güləşəcək.
50 kq
Rza Xəlilli 1/16 finalda Tsvetelin Martinovla (Bolqarıstan) qarşılaşcaq.
Anar Quliyev Narek Davtyan (Ermənistan) / Dikqang Kvadibana (Botsvana) cütünün qalibi ilə üz-üzə gələcək.
55 kq
Rəsul Əlizadə 1/16 finalda Badar-Uqan Badamdorjla (Monqolustan) mübarizə aparacaq.
Məhəmmədəli Hüsiyev isə Viktor Uqo Silva (Braziliya) ilə münasibətlərə aydınlıq gətirəcək.
Qeyd edək ki, dünya çempionatında fərdi mübarizə avqustun 30-da bitəcək. Avqustun 31-də qarışıq komanda yarışı baş tutacaq.
İdman.biz