RU

İki yeniyetmə Eyfel qülləsini partlatmaq istəyib

Azvision portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ölkənin "Le Figaro" qəzeti yazır ki, hadisə cari ayın əvvəlində baş verib. Məlumata görə, terror hücumunu planlaşdırmaqda şübhəli bilinən 15-17 yaşlarında iki yeniyetmə ərəbmənşəli müsəlmanlardır. Onların İraq Şam İslam Dövlətinə (İŞİD) "maraq göstərdikləri" diqqətə çatdırılır. İlkin istintaqda müəyyənləşib ki, yeniyetmər "döyüşmək məqsədilə" xaricə getmək imkanlarını nəzərdən keçiriblər. Eyni zamanda, sosial şəbəkədə radikal və zorakı məzmunlu yazılar paylaşıblar. Onların aprel ayından bəri izləndikləri, iyulun 29 və 30-da saxlandıqları bildirilir. Avqustun 1-də isə məhkəmə şübhəlilər barəsində həbs qətimkan tədbiri seçib. Məlumata əsasən, 2023-cü ilin 7 oktyabrında iranyönümlü HƏMAS terror təşkilatının İsrailə hücumu nəticəsində Qəzza zolağında müharibənin başlamasından etibarən Fransada yəhudi icmasına qarşı hücumların sayı artıb. Firudin Həmidli

AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
12
1
azvision.az

2Источники