ain.az, Oxu.az portalına istinadən məlumat yayır.
Tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksələn Qazaxıstan klubu "Qarabağ"a dəstək mesajı ünvanlayıb.
Oxu.Az xəbər verir ki, Almatı təmsilçisi "TikTok" platformasında video paylaşaraq Azərbaycan çempionuna "İndi sən" mesajı verib.
Qeyd edək ki, "Kayrat" ÇL-in pley-off mərhələsində Şotlandiya "Seltik"ini üstələyib (0:0, 0:0, pen. - 3:2). "Qarabağ" bu gün pley-off mərhələsinin cavab oyununda Macarıstanın "Ferentsvaroş" klubu ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqasında əsas mərhələyə yüksələn Qazaxıstan klubundan "Qarabağ"a dəstək mesajı
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.