RU

Prezident İlham Əliyev: Suriyada yeni hökumət iqtidara gəldikdə, biz bunu böyük ruh yüksəkliyi ilə qarşıladıq və sözsüz ki, dəstəklədik

Hesab edirəm ki, İsrail ilə Suriya arasında münasibətlərinnormallaşması üçün imkanlar var.

Trend xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev“Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.

"İlk növbədə, sizin Suriyaya təbii qazın təchizi ilə bağlıqeydlərinizə toxunmaq istərdim. Bilirsiniz ki, Prezident Əsədinhökuməti ilə bizim 10 ildən çox heç bir münasibətimiz yox idi.Onlar Azərbaycanla çox ədalətsiz davranmışdılar, bizim Ermənistanlaqarşıdurmamızda Ermənistanın tərəfinə keçdilər. Bu da bizim üçünçox qəribə idi, çünki işğal illəri ərzində müsəlman ölkələritərəfindən çox güclü dəstək aldıq və İslam Əməkdaşlıq Təşkilatıbizə həmişə dəstək olmuşdur. Azərbaycan İslam həmrəyliyiprinsiplərinə yüksək dəyər verən ölkədir. Beləliklə, Azərbaycanaqarşı Ermənistanla - məscidləri dağıdan, orada donuz və inəksaxlayan ölkə ilə eyni cərgədə olmaq bizim üçün qəbuledilməz idi.Hər iki tərəf - Prezident Əsədin komandası və bizim komanda 10ildən çox müddət ərzində bütün əlaqələri kəsdi. Suriyada yenihökumət iqtidara gəldikdə, biz bunu böyük ruh yüksəkliyi iləqarşıladıq və sözsüz ki, dəstəklədik. Bu ilin aprelində Türkiyədəmənim Əhməd Əl Şaraa ilə görüşüm oldu və onu səfərə dəvət etdim. Oda Azərbaycana rəsmi səfər etdi. Biz Suriyaya humanitar yardımetməyə başladıq. Mən Suriyaya necə faydalı olacağımızı, onlar üçünnə edə biləcəyimizi öyrənmək üçün Baş nazirin müavininin rəhbərliketdiyi böyük bir qrupu oraya göndərdim. Biz uzun illər boyu əziyyətçəkmiş bu ölkə, onun xalqı üçün yalnız sülh istəyirik. Biz onlarınsülh içində yaşamalarını və orada inkişafı görmək istəyirik.Beləliklə, işlər başlayıb. Sonra da elektrik enerjisi qıtlığıməsələsi diqqətimizə çatdırıldı və biz də necə yardımçı olabiləcəyimiz haqqında düşünməyə başladıq."

Prezident İlham Əliyev vurğulayıb ki, bizim Suriyaya təbii qazıelektrik enerjisinə çevirməyə kömək etmək üçün Azərbaycan, Suriya,Türkiyə və Qətər arasında dördtərəfli razılaşmamız oldu.

"Bu prosesin açılış mərasimi avqustun 2-də keçirildi. Azərbaycanqazı Türkiyə ərazisindən Suriyaya təchiz edilir və Qətər hökumətibunun üçün vəsait ayıraraq öz səxavətini göstərdi. Hələ ki, biz 1,2milyard kubmetr qazın Suriyaya təchiz edilməsi üzərində razılığagəldik. Lakin onlara daha çox qaz tələb olunur. Ona görə dəgələcəkdə biz qazın həcmini artıra bilərik ki, onlarda daha azqıtlıq olsun. Yeri gəlmişkən, Suriya ilə İsrail rəsmiləri arasındadanışıqlar bizim vasitəçiliyimizlə baş tutdu. Biz ətrafımızdasülhün olmasını istəyirik. Təcavüz və müharibədən əziyyət çəkənölkə və xalq olaraq biz qaçqınlığın, evsizliyin, qaz, elektrikenerjisinə, suya və ya qidaya malik olmamağın nə olduğunu başadüşürük. Biz uzun illərdir ki, donor ölkə kimi fəaliyyətgöstəririk. Biz təxminən 100, 80-dən çox ölkəyə maliyyə dəstəyi,humanitar dəstəyi təmin edirik. Bizim məqsədimiz yalnız normallaşmaprosesinə və İsrail ilə Suriya arasında proqnozlaşdırılabilənvəziyyət yaratmağa kömək etməkdən ibarət idi. Əgər biz buna azacıqda olsa, kömək edə bildiksə, buna şadıq. Biz münasibətlərinnormallaşması üçün potensialın mövcud olduğunu görürük və bu daYaxın Şərqə sülhün, proqnozlaşdırmanın əlavə elementlərinigətirəcək", - deyə Azərbaycan Prezidenti İlham Əliyev qeydedib.

Избранный
9
14
az.trend.az

10Источники