RU

ChatGPT Kaliforniyada 16 yaşlı yeniyetmənin ölümünə səbəb olub

Kaliforniyalı bir cütlük, yeniyetmə oğlunun ölümünə görə OpenAI-ni məhkəməyə verib.

Missiya.Az "BBC"yə istinadən xəbər verir ki, iddialara görə süni intellekt proqramı ChatGPT gənci öz həyatına qəsd etməyə təşviq edib.

Qeyd olunur ki, 16 yaşlı Adam Reynin valideynləri Matt və Maria Raine tərəfindən çərşənbə axşamı Kaliforniyanın Ali Məhkəməsində bu iş qaldırılıb. Ailə məhkəməyə aprel ayında vəfat edən Raine ilə ChatGPT arasında onu intihar düşüncələrinə sövq edən yazışmaları təqdim edib. 

Bu, OpenAI-ni ölümlə ittiham edən ilk hüquqi hərəkətdir.

İlahə QənbərliMissiya.Az

Избранный
3
1
missiya.az

2Источники