Bu ilin yanvar-iyun ayları ərzində Bakı şəhərində istifadəyə verilən yaşayış evlərinin ümumi sahəsi 596 327 kvadratmetr təşkil edib.
Finss.az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni ayları ilə müqayisədə 91,5% çoxdur.
Bakının rayonları üzrə göstəricilər:
- Binəqədi rayonu – 68 886 kv.metr (5,3 dəfə çox);
- Xətai rayonu – 86 817 kv.metr (10,2 dəfə çox);
- Xəzər rayonu – 143 445 kv.metr (57,9% çox);
- Qaradağ rayonu – 18 113 kv.metr (35,5% çox);
- Nərimanov rayonu – 24 008 kv.metr (61,3% çox);
- Nəsimi rayonu – 836 kv.metr (28,6% çox);
- Nizami rayonu – 17 503 kv.metr (10,1 dəfə çox);
- Pirallahı rayonu – 3 150 kv.metr;
- Sabunçu rayonu – 127 480 kv.metr (2,7 dəfə çox);
- Səbail rayonu – 28 299 kv.metr (42,9% az);
- Suraxanı rayonu – 72 309 kv.metr (2,8% çox);
- Yasamal rayonu – 5 476 kv.metr (4,8 dəfə çox).
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Bakı şəhərinin iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala 4,074 milyard manat yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,9% azdır.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 2,510 milyard manatı (61,6%) tikinti-quraşdırma işlərinə sərf olunub.
2025-ci ilin yanvar-iyun aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin:
- 86,6%-i inşa, yenidənqurma və bərpa,
- 6,6%-i əsaslı təmir,
- 3,5%-i cari təmir,
- 3,3%-i sair işlər təşkil edib.
Ümumi inşaat işlərinin 91,4%-i qeyri-dövlət tikinti müəssisələri tərəfindən həyata keçirilib.
Fuad Mədətov
Finss.az