RU

“Kayrat” və “Pafos” ilk dəfə ÇL-in Liqa mərhələsində

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab görüşlərinə start verilib.

Msport.az xəbər verir ki, ilk oyun günündə 3 matç keçirilib.

İlk qarşılaşma Qazaxıstanda baş tutub. “Kayrat” və “Seltik” ilk oyunda olduğu kimi, bu dəfə də qalibi müəyyənləşdirə bilməyiblər. Yenə qapılara qol vurulmayıb və qalib penalti seriyasında turnirin final mərhələsinə yüksəlib. Qazaxıstan çempionu qələbə qazanaraq, tarixində ilk Çempionlar Liqasının həlledici məthələsinə vəsiqə qazanıb.

Eyni uğura “Pafos” da imza atıb. Kirplilər iki oyunun nəticəsinə görə, “Srvena Zvezda”nı mübarizədən kənarlaşdırıraq, tarixi uğura imza atıblar.

“Bodo-Qlimt” isə “Şturm”dan güclü olub. Norveç təmsilçisi də ilk dəfə ÇL-in final mərhələsinə yüksəlib.

 

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

 

20:45. “Kayrat” (Qazaxıstan) – “Seltik” (Şotlandiya) – 0:0, pen. 3:2

İlk oyun – 0:0

 

23:00. “Pafos” (Kipr) – “Srvena Zvezda” (Serbiya) – 1:1

İlk oyun – 2:1

 

23:00. “Şturm” (Avstriya) – “Bodo Qlimt” (Norveç) – 2:1

İlk oyun – 0:5

Избранный
23
4
msport.az

5Источники