RU

FED-in üzvü: "Mən istefa verməyəcəm, Trampın qərarından məhkəməyə müraciət edəcəm"

ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) İdarə Heyətinin üzvü Liza Kuk, Prezident Donald Trampın onu vəzifədən azad etmə qərarına qarşı məhkəməyə müraciət edəcək.

Marja.az-ın məlumatına görə, Kukun vəkili Abbe Lowell bildirib ki, Trampın bu addımının “heç bir hüquqi və ya real əsası yoxdur” və buna görə də “qanunsuz” hərəkətə qarşı iddia qaldırılacaq. “Prezidentin FED İdarə Heyətinin üzvünü vəzifədən azad etmək səlahiyyəti yoxdur,” – deyə Lowell vurğulayıb.

Tramp dünən açıqlamasında, Kukun “ipoteka müqavilələrinə dair yanlış bəyanat verdiyi” iddiası ilə onu vəzifədən azad etdiyini bildirmişdi. Sosial şəbəkədə paylaşılan rəsmi məktubda isə Prezident, FED qanununun ona verdiyi səlahiyyətlərə əsaslanaraq, Kukun “dərhal vəzifədən azad edildiyini” bəyan etmişdi.

Tramp iddia edib ki, qanuna görə, “əsaslı səbəb” olduqda idarə heyətinin üzvünü vəzifədən kənarlaşdırmaq mümkündür və Kukla bağlı kifayət qədər əsas mövcuddur.

Liza Kuk isə buna cavab olaraq, “Prezident Tramp məni "əsaslı səbəb" iddiası ilə vəzifədən azad etdiyini deyir. Halbuki qanunda belə bir səbəb yoxdur və onun bu səlahiyyəti yoxdur. Mən istefa etməyəcəyəm və 2022-ci ildən bəri olduğu kimi ABŞ iqtisadiyyatına xidmət etməyə davam edəcəyəm,” – deyə açıqlama verib.

Избранный
3
1
marja.az

2Источники