RU

Arıqlamaq istəyənlər yaşıl tərəvəzləri menyuya əlavə etməlidirlər

Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Endokrinoloq Yekaterina Yanq bildirib ki, arıqlamaq istəyənlərin pəhrizinə üç əsas məhsul daxil edilməlidir.

Redaktor.az xəbər verir ki, həkim bu haqda "Teleqram" kanalında danışıb.

Mütəxəssis ilk olaraq yaşıl tərəvəzləri (xüsusilə kələmlər qrupuna aid olanları) menyuya daxil etməyi məsləhət görüb. Onun sözlərinə görə, bu məhsullar qaraciyərin detoksifikasiyasına kömək edir, piylərin yandırılmasını sürətləndirir, orqanizmdə iltihabı azaldır, insulin səviyyəsini sabitləşdirir, insulinə həssaslığı artırır və iştahanı nəzarətdə saxlamağa şərait yaradır.

Həkim əlavə edib ki, çəki itirmə prosesində enerjini qorumaq üçün gündəlik menyuda kök mütləq olmalıdır. Bu tərəvəz sinir və əzələlərin fəaliyyətini gücləndirir, orqanizmi oksidləşdirici stressdən müdafiə edir.

Son olaraq Yanq balqabağın da arıqlamaq üçün faydalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, balqabaq tez-tez arıqlama zamanı müşahidə olunan yuxusuzluğun qarşısını almağa kömək edir.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
10
1
redaktor.az

2Источники