RU

Rusiyanın bəzi bölgələrində güclü leysan dağıntılara səbəb olub

Rusiyanın

Rusiyanın Saxalin vilayətində güclü leysan yağıb.

Fövqəladə Hallar Nazirliyi su basmış ərazidən ikisi uşaq olmaqla 37 nəfəri təxliyə edib. 69 ev su altında qalıb.

Nevelski rayonunda piyada yolları, taxta platformalar, marşrutların dayanacaqları, həmçinin su və elektrik təchizatı sistemləri dağılıb.

Güclü daşqın səbəbilə sərnişinlərlə dolu avtobus yoldan çıxaraq arxa aşıb. Sosial şəbəkələrdə su basmış yolun və aşmış avtobusun görüntüləri yayılıb.

Kazaçka çayında tıxaclar aradan qaldırıldıqdan sonra suyun səviyyəsi 0,8-1 metr aşağı düşüb.

Избранный
11
3
xalqcebhesi.az

4Источники