RU

Rusiyanın bəzi bölgələrində güclü leysan dağıntılara səbəb olub

Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiyanın Saxalin vilayətində güclü leysan yağıb.

APA xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi su basmış ərazidən ikisi uşaq olmaqla 37 nəfəri təxliyə edib. 69 ev su altında qalıb.

Nevelski rayonunda piyada yolları, taxta platformalar, marşrutların dayanacaqları, həmçinin su və elektrik təchizatı sistemləri dağılıb.

Güclü daşqın səbəbilə sərnişinlərlə dolu avtobus yoldan çıxaraq arxa aşıb. Sosial şəbəkələrdə su basmış yolun və aşmış avtobusun görüntüləri yayılıb.

Kazaçka çayında tıxaclar aradan qaldırıldıqdan sonra suyun səviyyəsi 0,8-1 metr aşağı düşüb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
17
3
apa.az

4Источники