RU

Paytaxtın biz sıra ərazilərində qaz olmayacaq

Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bu gün Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"Azəriqaz"dan "APA-Economics"ə verilən məlumata görə, Binəqədi rayonu ərazisində qaz xəttinin kipliyə sınaq olunması və siyirtmənin dəyişdirilməsi məqsədilə 27.08.2025-ci il tarixində saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Məlumata görə, təmir işləri aparılan müddətdə Azadlıq prospektinin, Xutor qəsəbəsinin bir hissəsinin və Maqsud Davudoğlu küçəsinin, Binəqədi qəsəbəsinin Həsən bəy Zərdabi, Gülüstan 8, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov və Əliheydər Qarayev küçələrinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
18
49
apa.az

10Источники