ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
İspaniya hökuməti avqust ayında ölkəni bürümüş meşə yanğınlarını son illərin ən böyük ekoloji fəlakətlərindən biri kimi qiymətləndirib.
"Report"un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu daxili işlər naziri Fernando Qrande-Marlaska Nazirlər Kabinetinin həftəlik iclasının yekunlarına dair mətbuat konfransında deyib.
Bu ay İspaniyada baş verən yanğınlar 350 min hektardan çox meşə sahəsini məhv edib, 4 nəfərin həyatına son qoyub və minlərlə sakini müvəqqəti olaraq evlərini tərk etməyə məcbur edib.
“Aydındır ki, biz son illər ən böyük ekoloji fəlakətlərdən biri ilə üzləşmişik”, - o deyib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.