RU

Dəniz daşımalarından gəlirimiz çoxalıb

Xalq qazeti saytından alınan məlumata görə, ain.az bildirir.

Cari ilin birinci yarısında ölkəmizdə dəniz nəqliyyatı ilə yük və sərnişin daşımalarından 130 milyon 79 min manat gəlir əldə olunub. Bu da 2024-cü ilin müvafiq dövrünün göstəricisi (108 milyon 971,9 min manat) ilə müqayisədə 19,4 faiz çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin ilk yarısında dəniz nəqliyyatı ilə yük daşımalarından 129 milyon 956 min manat gəlir əldə olunub. Bu sahədə əvvəlki ilin eyni dövrünün göstəricisi (108 milyon 151,9 min manat) ilə müqayisədə 20,2 faiz artım qeydə alınıb. Ümumilkdə isə, cari ilin ilk 6 ayında dəniz nəqliyyatı ilə 4 milyon 611,5 min ton yük daşınıb ki, bu da 11,8 faiz artım deməkdir. Hesabat dövründə bu nəqliyyat növü ilə 2 milyon 246,6 min ton neft və neft məhsulları daşınıb. Bu da ümumi yüklərin 48,7 faizi deməkdir.

Bununla belə, ilin birinci yarısında dəniz nəqliyyatı ilə sərnişin daşımalarında azalma qeydə alınıb. Hesabat dövründə bu sahədə 123 min manat gəlir əldə olunub. Bu isə ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə xeyli azdır.

Xatırladaq ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə 4 milyon 611,5 min ton yük və 12,8 min sərnişin daşınıb. Bu da illik müqayisədə müvafiq olaraq 11,8 faiz artım və 4,5 faiz azalma deməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
19
4
xalqqazeti.az

5Источники