ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bu həftə Nyu Yorkda Ukrayna nümayəndə heyəti ilə görüşəcəyini bildirib.
APA xəbər verir ki, Uitkoff bunu “Fox News”a müsahibəsində deyib.
"Mən bu həftə Nyu-Yorkda Ukrayna nümayəndələri ilə görüşəcəyəm. Bu, çox ciddi siqnaldır", - o, deyib.
O həmçinin əlavə edib ki, ABŞ Ukrayna böhranının həlli üçün Rusiya ilə gündəlik dialoq aparır.