RU

ABŞ Ukrayna üçün Avropaya silah satışını artıracaq - Tramp

ABŞ administrasiyası hazırda Ukraynaya hərbi yardım göstərən NATO müttəfiqlərinə silah tədarükünü artırmaq niyyətindədir. Musavat.com xəbər verir ki, bunu ABŞ administrasiyasının rəhbəri Donald Tramp deyib.

O, Ağ Evdə prezident kabinetinin iclasında bildirib: "Biz artıq Ukraynanın maliyyələşdirilməsində iştirak etmirik, lakin biz Ukraynada müharibəni və ölümləri dayandırmağa çalışırıq. Biz NATO-ya milyonlarla və nəticədə milyardlarla dollara raket və hərbi texnika satırıq. Onlar müharibəni tam şəkildə maliyyələşdirirlər. Biz heç nəyi maliyyələşdirmirik. Biz bunu davam etdirəcəyik. Biz onlara mümkün qədər çox silah verməyə çalışırıq. Onlar Amerikanın hərbi məhsullarını istəyirlər. Zavodlar Patriot zenit-raket sistemləri və digər müdafiə və hücum silahlarının istehsalını iki dəfə və üç dəfə artırır".

İyulun 14-də Tramp bəyan edib ki, Vaşinqton Kiyevə silah və hərbi texnika ötürməkdə davam etmək qərarına gəlib, bir şərtlə ki, dəyərini Avropa ödəyəcək, NATO isə prosesi koordinasiya edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
23
1
olaylar.az

10Источники