Astana, 27 avqust, AZƏRTAC
Qazaxıstanın "Kayrat" klubu Şotlandiyanın "Seltik"ini məğlub edərək ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, həlledici görüş Almatının Mərkəzi Stadionunda dolu tribunalar qarşısında keçirilib.
Əsas və əlavə vaxt 0:0 hesabı ilə başa çatıb. Qarşılaşmanın taleyini penaltilər seriyası həll edib. Burada “Kayrat” 3:2 hesabı ilə qələbə qazanıb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana