RU

İspaniya hakimiyyəti meşə yanğınlarını son illərin ən böyük ekoloji fəlakəti adlandırıb

İspaniya hökuməti avqust ayında ölkəni bürümüş meşə yanğınlarını son illərin ən böyük ekoloji fəlakətlərindən biri kimi qiymətləndirib.

"Report"un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu daxili işlər naziri Fernando Qrande-Marlaska Nazirlər Kabinetinin həftəlik iclasının yekunlarına dair mətbuat konfransında deyib.

Bu ay İspaniyada baş verən yanğınlar 350 min hektardan çox meşə sahəsini məhv edib, 4 nəfərin həyatına son qoyub və minlərlə sakini müvəqqəti olaraq evlərini tərk etməyə məcbur edib.

“Aydındır ki, biz son illərdə ən böyük ekoloji fəlakətlərdən biri ilə üzləşmişik”, - o deyib.

Избранный
32
3
report.az

4Источники